Koroğludan Xırdalana kimi telefonla oynayan taksi sürücüsü VİDEO

01.08.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda bir taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması sərnişinin diqqətindən yayınmayıb. Hadisənin görüntüləri sərnişin tərəfindən qeydə alınaraq redaksiyamızın qaynar xəttinə göndərilib.

Məlumata görə, 77-NP-321 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə taksi fəaliyyəti göstərən Babaxanov Vüqar adlı sürücü sükan arxasında mobil telefonla məşğul olub. Sərnişinin sözlərinə görə, o, Koroğlu metrostansiyasından Xırdalan şəhərinə qədər telefonu bir an belə əlindən yerə qoymayıb.

Sükan arxasında mobil telefondan istifadə etmək təkcə qayda pozuntusu deyil, eyni zamanda sürücünün diqqətinin yayınması, ani reaksiya verə bilməməsi qəzalara yol aça bilir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью