Koronavirus analığı məhv edir: BMT dən hamiləlik zamanı ölüm statistikası ilə bağlı şok HESABAT

07.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COVID-19 pandemiyası bütün dünyada gələcək anaların sağlamlığına sarsıdıcı zərbə vurub. 2021-ci ildə hamilə və doğuş edən qadınlar arasında ölüm hallarında kəskin artım baş verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BMT-nin yeni hesabatından məlum olur.

Statistika göstərir ki, 322 min qadın ağırlaşmalardan ölüb - bu, 2020-ci illə müqayisədə 40 min nəfər çoxdur.

BMT-nin Uşaq Fondu (UNICEF) pandemiyanın ana ölümlərinə fəlakətli təsiri haqqında ilk qlobal hesabatını təqdim edib. Ekspertlər vurğulayırlar ki, bu artım təkcə COVID-19-un birbaşa fəsadları ilə deyil, həm də analıq sağlamlığının qorunması üzrə tibbi xidmətlərin göstərilməsində geniş yayılmış pozuntularla bağlı olub.

Hesabatın dərc edilməsi hər il 7 aprel tarixində qeyd olunan Ümumdünya Sağlamlıq Gününə təsadüf edir.

COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət rejimi dünya səhiyyəsində 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-nə qədər qüvvədə olub. ÜST-ün 23 mart 2025-ci il tarixinə olan məlumatına görə, dünyada 777 684 506 koronavirus yoluxma halı və 7 092 720 ölüm halı qeydə alınıb. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus 2023-cü il mayın 5-də Cenevrədə keçirilən brifinqdə bildirib ki, ölənlərin həqiqi sayı ən azı 20 milyondur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью