Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
COVID-19 keçirən şəxslərdə xəstəlikdən aylar, hətta illər sonra belə beyində dəyişikliklər müşahidə oluna bilər.
Demokrat.az xəbər ki, bu qənaətə Avstraliyanın Qriffit Universitetinin alimləri gəlib.
Araşdırma zamanı COVID-19 keçirmiş şəxslərlə virusa yoluxmamış insanlar müqayisə olunub. Genişləndirilmiş MRT üsulları ilə aparılan analizlər göstərib ki, yaddaş, düşünmə və idrak funksiyalarına cavabdeh olan həm boz, həm də ağ maddədə struktur fərqləri mövcuddur.
Ən diqqətçəkən məqam isə dəyişikliklərin yalnız uzunmüddətli post-COVID simptomları olan şəxslərdə deyil, özünü tam sağalmış hesab edən insanlarda da aşkarlanmasıdır. Bu isə virusun beyinə “səssiz” təsir göstərə bildiyini deməyə əsas verir.
Tədqiqat nəticələrinə görə, koronavirusu ağır keçirən şəxslərdə beyin toxumasındakı dəyişikliklər daha qabarıq olub. Simptomların şiddəti artdıqca, beyindəki pozuntuların da dərinləşdiyi müşahidə edilib. Alimlər bunu xəstəlikdən sonra ortaya çıxan yaddaş zəifliyi, diqqət dağınıqlığı və zehni yorğunluqla əlaqələndirirlər.
Mütəxəssislər bildirirlər ki, COVID-19 təkcə tənəffüs yollarını zədələyən infeksiya deyil. Virus eyni zamanda mərkəzi sinir sisteminə də təsir göstərərək uzunmüddətli nəticələr yarada bilər.
Araşdırma "Brain, Behavior & Immunity – Health" elmi jurnalında dərc olunub.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər ki, bu qənaətə Avstraliyanın Qriffit Universitetinin alimləri gəlib.