Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. İmmun sistemi zəif olanlar koronavirusa daha tez-tez yoluxur.
Həmçinin koronavirusun ağırlaşmaları da əsasən zəif immunitetin fonunda inkişaf edir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Böyük Britaniyanın qida mütəxəssisi Corci Merfi immuniteti gücləndirən vasitələri belə sadalayıb: D vitamini.
Bu vitamin immun sisteminin stimullaşdırmasında əsas rol oynayır.
Belə ki, D vitamini orqanizmdə virus və bakteriyaları axtaran və məhv edən T-hüceyrələrini aktivləşdirir, immunoqlobulinlərin sintezini stimullaşdırır.
D vitaminin əsas mənbələri: yağlı balıq, ət, qaraciyər, yumurta. C vitamini.
Bu vitamin immun sisteminin hüceyrələri olan leykositlərin əmələ gəlməsi prosesini stimullaşdırır.
Həmçinin C vitamini antioksidant kimi işləyir, immun sistemini zəiflədən sərbəst radikallarla mübarizə edir.