Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Atışma törədən şəxs depressiyaya düşdüyünə görə COVID-19 peyvəndini ittiham edib.
Reyting.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına və şübhəlini tanıyanlara istinadla ABC telekanalı məlumat yayıb.
ABŞ-nın Emori Universitetinin kampusunda atışmanı törədən Patrik Uayt saxlanıldıqdan sonra polisə verdiyi izahat maraq doğurub. Onun sözlərinə görə, COVID-19 peyvəndi onun səhhətində problemlər yaradıb və dərin depressiyaya düşməsinə səbəb olub.
V. QULİYEV