Koronavirusa yoluxub sağalmış insanlar daha tez tez xəstələnirlər TƏDQİQAT

21.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COVID-19-a yoluxub sağalmış insanlar daha tez-tez və daha uzun müddətə xəstələnirlər.

Oxu.Az Vokrugsveta.ru-ya istinadla xəbər verir ki, ABŞ-ın Sent-Luis Universitetinin alimləri 800 mindən çox insanın tibbi məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər.

Tədqiqatlar göstərib ki, koronavirusa yoluxmuş şəxslərin digər infeksiyalara yoluxma riski 20-50% artır.

Koronavirusa yoluxmadan sonrakı bir il ərzində insanlar daha çox bakterial infeksiyalar, göbələk mənşəli xəstəliklər, tənəffüs yolu infeksiyaları və ağciyərlərlə bağlı kəskin problemlərlə üzləşiblər.

Eyni zamanda, koronavirusun yüngül forması belə orqanizmdə "iz" buraxır: immun sistemi xarici təhdidlərə qarşı daha zəif olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью