Koronavirusdan əziyyət çəkən Pakistan Prezidenti xəstəxanada müalicəsini davam etdirir

02.04.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İslamabad, 2 aprel, Hilal Əhməd, AZƏRTAC

Koronavirusdan əziyyət çəkən Pakistan Prezidenti Asif Əli Zərdari Karaçidəki xəstəxanada müalicəsini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Pakistan Prezidenti çərşənbə axşamı səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib.

Prezidentin şəxsi həkimi Asim Hüseyn hazırda Asif Əli Zərdarinin təcrid vəziyyətdə olduğunu və onunla ekspertlər qrupunun məşğul olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью