Koronavirusun yeni ştammı asanlıqla yayılır

21.06.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Koronavirusun yeni ştammı "Nimbus" çox asanlıqla yayılır və eyni zamanda aşağı ölüm nisbətinə malikdir.
Reyting.az
xəbər verir ki, bunu aif.ru-ya biologiya elmləri doktoru, virusoloq Aleksey Aqranovski deyib.
Britaniya mediası daha əvvəl yazmışdı ki, "Nimbus" ştammı Böyük Britaniyada təsbit edilib, digər ölkələrdə də yayılır.
Bildirilir ki, "Omicron" qrupunun ştammları çox yoluxucu və başlanğıcda olan suşlarla müqayisədə nisbətən aşağı patogendir.
Virusoloq əlavə edib ki, mütəxəssislər yeni ştammları və onların xassələrini yaxından izləməyə davam edirlər.
Onun sözlərinə görə, simptomlar baxımından "Nimbus" adi ARVI-dən praktiki olaraq fərqlənmir. Ştammın dəqiq müəyyən edilməsi yalnız yüksək texnologiyalı sınaqların köməyi ilə mümkündür.
Onu da qeyd edək ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi bu ilin yayında “Nimbus”un artma ehtimalının olduğunu bildirib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью