Koronavirusun yeni variantı bir neçə qitəyə yayılıb ÜST

31.10.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun PJ.2.1 variantının dünyada yayılma riskinin artdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəliyinə istinadən RİA Novosti məlumat yayıb.

Bildirilib ki, ilk dəfə 2026-cı ilin mayında aşkarlanan variant artıq bir neçə qitəyə yayılıb. İnsanların ölkələrarası səfərləri davam etdikcə onun digər ölkələrə keçmə riski də artır.

PJ.2.1 variantının Kanada, ABŞ və Avropada dövr etdiyi qeyd olunur.

Hazırda bu variantın digər son SARS-CoV-2 variantları ilə müqayisədə daha ağır xəstəliyə səbəb olduğunu göstərən dərc edilmiş klinik məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью