Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ABŞ-ın yeraltı nüvə sınaqları keçirməsini passiv şəkildə izləyə bilməz və izləməyəcək, nüvə silahları məsələlərində bərabərliyi təmin etmək vacibdir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“Nüvə silahı kimi həssas məsələlərdə paritet yanaşmanın təmin edilməsi vacibdir. Rusiya ABŞ-ın müvafiq müqavilələrdən çıxıb yeraltı nüvə partlayışlarına başlamasını passiv şəkildə izləyə bilməz və izləməyəcək də. Buna uyğun olaraq, Rusiya da sınaqlara başlayacaq. Oxşar yanaşmanı nüvə klubunun aparıcı üzvləri olan Çin, Pakistan, Hindistan və Şimali Koreya da nümayiş etdirəcək”, - o bildirib.
Korotçenko əlavə edib ki, ABŞ “Nevada” poliqonunda praktiki yeraltı nüvə sınaqları keçirərsə, Rusiya qarşılıqlılıq prinsipinə və milli təhlükəsizliyinin təmin edilməsinə əsaslanaraq “Novaya Zemlya”dakı poliqonda da nüvə sınaqlarına başlayacaq.