Körpə gözləyən ailələrə şad xəbər

12.03.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Atalıq məzuniyyətinə dair elektron portala əlavə olunan yeni funksiyalar cəmiyyətin ailə və gender rollarına yanaşmasına təsir göstərə bilər. Belə rəqəmsal yeniliklər atalıq məzuniyyətinin sosial qəbulunu artırmaqla kişi valideynlərin övladın gündəlik qayğısında daha fəal iştirakını təşviq edə bilər. Bu addım həm gender bərabərliyinin təşviqi, həm də ailə institutunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, bu məsələ uzun müddətdir müzakirə olunurdu və artıq ölkəmizdə reallaşıb. 
"Bu addım həm qadın və kişi rollarının bərabərliyi, həm də gender hüquqlarının balanslaşdırılması baxımından dünya standartlarına uyğundur. Eyni zamanda, cəmiyyət üçün vacibdir, çünki ailə institutunda müsbət dəyişikliklərin əsasını qoyur. Bəzən ailələrdə uşağa baxmaqla bağlı məsuliyyətin paylaşılması düzgün olmur. Qadınlar tez-tez məzuniyyəti tam götürür və sonra işə qayıtmaq istəmirlər. Kişilərə atalıq məzuniyyətinin verilməsi isə bu vəziyyətin qarşısını alır, həm gender bərabərliyini təmin edir, həm də sosial ədalət baxımından vacibdir. Bu addım ailədə bərabər iştirakın artmasına, yükün yalnız qadınların üzərinə düşməsinin azalmasına və qadınların məzuniyyətdən sonra iş həyatına qayıtmasının asanlaşmasına xidmət edir".
Sosioloq bildirib ki, eyni zamanda, yalnız anaların məsuliyyət daşıdığı hallarda uşaqların baxımı çox vaxt dayələrə həvalə edilir ki, bu da onların sosial, psixoloji və mənəvi inkişafında boşluqlar yaradır.
Həmçinin oxu:
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandı
"Atalıq məzuniyyəti bu mənfi halların qarşısını alır və uşaqların ailə mühitində daha sağlam böyüməsinə imkan yaradır. Ümumilikdə, atalıq məzuniyyəti artıq qanuniləşmiş formadır və ailə institutunda, uşaq-valideyn münasibətlərində, həmçinin iş yerlərində münasibətlərin daha adekvat, uyğun və aydın şəkildə tənzimlənməsi üçün uğurlu modeldir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью