“Körpə qidanı bəyənsə belə, normanı keçmək olmaz” | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. “Körpələrin qidalanmasında diqqət edəcəyimiz əsas məqamlardan biri ilk altı aya qədə
Daha sonra 6-cı aydan başlayaraq artıq əlavə qidaya keçmək olar”.
Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, əlavə qidaya keçərkən analar səbrli olmalı, körpənin bütün reaksiyalarını müşahidə etməlidirlər: “Çünki hər hansı əlavə qida verildikdə körpənin mədəsi və bağırsaqlarının bu qidaya hazır olduğunu bilmək lazımdır: “Buna görə də qidalar körpələrə püre halında verilir.
Tərəvəz pürelərinə körpənin allergik reaksiyasının olub-olmadığını yoxlamaq üçün bir çeşiddə qidanın verilməsi daha məqsədəuyğundur.
Qidalar neytral şəkildə, hər hansı dadlandırıcı, duz və ya digər ədviyyatlardan istifadə etmədən vermək lazımdır.
İlk dəfə körpəyə qida 1-2 çay qaşığını keçmədən verilməlidir.
Eyni zamanda körpəyə yeni qida verdikdə allergiyasının olub-olmadığını öyrənmək üçün 3-5 gün gözləmək lazımdır ki, orqanizmdə dəyişiklik olub-olmadığını müşahidə etmək mümkün olsun.
Tam oxu
Xəbəri oxu