Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Körpələrin görmə sistemi doğulduqları zaman hələ tam inkişaf etmədiyi üçün onların dünyanı qavraması böyüklərdən xeyli fərqlənir.
Demokrat.az xəbər verir ki, ilk həftələrdə körpələr əsasən yaxın məsafədəki obyektləri görə bilir və uzaqdakı görüntüləri dəqiq fokuslamaqda çətinlik çəkirlər.
Yeni doğulmuş körpənin görmə məsafəsi təxminən 20–30 santimetr olur. Bu məsafə adətən əmizdirmə və ya qucaqda saxlanılma zamanı ana ilə körpə arasındakı məsafəyə uyğun gəlir. İlk dövrlərdə körpələr ətrafı əsasən bulanıq və aşağı kontrastlı şəkildə qavrayır, rəngləri ayırd etmək qabiliyyəti isə tədricən formalaşır.
2–3-cü aylarda körpələr canlı rəngləri daha yaxşı seçməyə başlayır. Eyni zamanda gözlə hərəkət edən obyektləri izləmək bacarığı inkişaf edir.
4–5-ci aylarda rəng qavrayışı daha da dəqiqləşir. Mavi və sarı kimi rəngləri ayırd etmək asanlaşır. Bu mərhələdə dərinlik qavrayışının əsasları da formalaşmağa başlayır və körpə əşyaların bir-birinə və özünə nisbətən məsafəsini daha yaxşı müəyyən edə bilir.
8–12-ci aylarda isə görmə itiliyi əhəmiyyətli dərəcədə artır. Körpələr daha uzaqdakı obyektləri seçə, detalları fərqləndirə və əl-göz koordinasiyasını daha yaxşı idarə edə bilirlər.
Bildirilir ki, görmə sisteminin tam yetkinləşməsi isə daha uzun müddət davam edir. Görmə qabiliyyətinin böyüklərdəki səviyyəyə tam yaxınlaşması təxminən 3–5 yaş aralığında baş verir.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, ilk həftələrdə körpələr əsasən yaxın məsafədəki obyektləri görə bilir və uzaqdakı görüntüləri dəqiq fokuslamaqda çətinlik çəkirlər.