Körpələrdə qusma nədən xəbər verir? Açıqlama

17.08.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Hər şey normal gedən körpələrdə birdən-birə qusmaların başlamasının bir sıra səbəbləri ola bilər. Adətən gec qida allergiyaları dediyimiz ləng allergiyalar ola bilir".

Redaktor.az xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova sosial media hesabındakı paylaşımında səsləndirib.

"Məsələn, uşaq 3-4 ay eyni yeməyi yeyir, daha sonra isə allergik əlamətlər başlayır. Bunu isə hədəfləyən keçirilmiş infeksiyalar ola bilər. Bununla da allergiya üzə çıxa bilər. Məsələn, uaşqalar gizli infeksiyalar, sidik yolu infeksiyası keçirirsə, uşaqlar müayinə edilir. Çünki bu hal ən çox birdən-birə qusmaya səbəb olan haldır.

Eyni zamanda, 4-5-ci ayda əlavə qidaya başlamaq qusma şikayətinin əsas səbəblərindəndir. 6 aydan tez əlavə qidalara başlamaq narahatlıqlara, allergiyalara, mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilir. Çalışmalıyıq ki, ilk 6 ay ana südü və ya süni qida ilə qidalandıraq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью