Körpələrdə yüksək hərarət fonunda qıcolmalar | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Həkimlərin müşahidələrinə görə, 6 ayından təxminən 3-4 yaşına kimi olan uşaqların 10-20%-ndə yüksək hərarət (38 C-dən yuxarı) fonunda qıcolmalar baş verir.
Hərarətin yüksəlməsinin səbəbi soyuqdəymə, qripp, digər infeksion xəstəliklər və uşaq orqanizminin peyvəndə olan reaksiya ola bilər.
Belə qıcolmalar febril qıcolmalar adlandırılır. Həkimlərin fikirinə görə, bu qıcolmaların səbəbi bu yaşda olan uşaqların sinir sisteminin na
Qıcolma zamanı uşağın bütün bədəni kəskin boşalır, uşaq huşunu itirir, ətrafdakılara reaksiya vermir və ya onun bədəni birdən gərginləşir, b
Uşaqda qeyri-iradi nəcis və sidik ifrazı ola bilər. Adətən qıcolma 2-3 dəqiqə ərzində davam edir və müdaxiləsiz olaraq keçir.
Belə qısa qıcolmalar adətən uşaqda heç bir ciddi xəstəliyə işarə etmir. Bir çox hallarda qıcolmalar bu uşaqda heç vaxt təkrarlanmır.
Lakin hər bir halda belə qıcolma keçirmiş uşağı mütləq nevroloqa göstərmək lazımdır.
Tam oxu
Xəbəri oxu