Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Uşağı yatırtmaq üçün ayaqda, örtük və ya beşikdə yelləmək üsullarından istifadə edilir.
Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar.
Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir.
Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.
Medicina.az xəbər verir ki, nevroloq Aynur Zeynalova körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmağın doğru olmadığını bildirib.
Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem - vestibulyar aparatı