Körpəni satıb telefon alan valideynlər TUTULDU

04.10.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Hindistanda hüquq-mühafizə orqanları yeni doğulmuş körpələrini 1200 dollara satan cütlüyü saxlayıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ər-arvad həmin pula qızıl boyunbağı və mobil telefon alıblar.

Cinayət faktı, uşağın anasının fiziki zorakılıqla bağlı polisə müraciət etməsindən sonra üzə çıxıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, cütlük bu yaxınlarda oğullarını pul müqabilində vasitəçiyə təhvil verib. İstintaqçılar valideynlərin əldə etdikləri pulla iki bahalı telefon və qızıl boyunbağı aldıqlarını müəyyən ediblər. Həmin əşyalar müsadirə olunub.

Məlumatlara görə, uşaq daha bir neçə dəfə yenidən satılıb. Bir aylıq oğlan uşağı dörd ailənin əlindən keçərək doğma şəhərindən 550 kilometrdən çox məsafədəki bir yerə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью