Körpü Bina Tikinti yə məxsus yük maşını qəza törətdi Xəsarət alan var (VİDEO/YENİLƏNİB)

13.03.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əsgəranda baş verən ağır qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, xəsarət alan sürücü 1977-ci il təvəllüdlü Qazax rayon sakini Sədi İsmayılovdur.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli

***

10:25

Xocalı rayonunun Əsgərən qəsəbəsi ərazisində yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, "Körpü Bina Tikinti" MMC-yə məxsus "Shacman" markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində sürücü xəsarətlər alıb, avtomobil yararsız hala düşüb. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью