Körpü uçdu: 16 nəfər yoxa çıxdı

24.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyada ölkənin şimalındakı Maranhao və Tokantins əyalətlərini birləşdirən körpü uçub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə zamanı 2 nəfərin meyiti tapılıb. iİtkin düşən 16 nəfərin axtarışları davam edir.

Səlahiyyətlilər körpünün uçması zamanı 4 yük maşını, 2 minik avtomobili və 2 motosikletin çaya düşdüyünü açıqlayıb. Sosial mediada paylaşılan görüntülərdə körpünün çökmə anı lentə alınıb.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva sosial media hesabından verdiyi açıqlamada həyatını itirənlərin ailələrinə başsağlığı verib və məsələnin yaxından təqib edildiyini bildirib.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью