Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistanın Surxandərya vilayətində körpünün uçması Tacikistanla nəqliyyat əlaqələrini çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, Obizaranq çayına sel gəlməsi nəticəsində 50 il əvvəl tikilmiş körpü uçub və Bişkek-Düşənbə-Termez beynəlxalq magistralı bağlanıb. Uçqundan sonra M-41 magistralının bir hissəsi bağlanıb.
Bu körpü Özbəkistan, Qırğızıstan və Tacikistan arasında nəqliyyat əlaqələrində əsas istiqamət hesab edilir. Adi günlərdə körpüdən saatda 800-dək maşın keçirdi. Hazırda yol bağlı olduğu üçün avtomobillər daha uzun marşrutla hərəkət etməyə məcburdur.
Vüqar