Körpü UÇDU: 8 nəqliyyat vasitəsi çaya düşdü 12 nəfər ölüb

02.01.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliyada çay üzərindəki körpünün uçması nəticəsində ölənlərin sayı artıb.

Avtosfer.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə “Agencia Brasil” məlumat yayıb.

Bildirilib ki, Maranhao və Tokantins əyalətlərini birləşdirən Juselino Kubitçek de Oliveyra körpüsünün uçması nəticəsində 12 nəfər ölüb.

Dekabrın 22-də baş verən hadisədə beş nəfərin axtarışı davam edirdi. Səlahiyyətlilər körpünün uçması zamanı 4 yük maşını, 2 minik avtomobili və 2 motosikletin çaya düşdüyünü açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью