Körpüdə qəzaya düşən “VAZ” kanala aşmaqdan son anda xilas oldu VİDEO

07.11.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Quba rayonu 2-ci Nügədi kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 66-BL-284 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə maşın körpünün üzərində sürüşərək yoldan çıxıb və dəmir məhəccərə çırpılıb. Zərbənin təsirindən məhəccər qopsa da avtomobil kanala düşməyib. Hadisə zamanı xəsarət alan olmayıb. Qəzalı maşın hadisə yerinə cəlb olunan ekskavatorun köməyi ilə ərazidən kənarlaşdırılıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью