Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az-ın xəbərinə görə, bu, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafat gəlir vergisindən azad olunacaq.
Qanun layihəsində yazılıb ki, korrupsiya barədə məlumat verən şəxsə məlumatı təsdiqləndikdə minimum əməkhaqqının 25 mislinədək mükafat ödəniləcək. Cinayət işi nəticəsində dövlətə qaytarılan vəsait və ya təmin edilmiş maddi ziyanın isə 5 faizi məlumat verən şəxsə veriləcək.
Bundan əlavə, məlumat verən şəxs və ya onun yaxınları bu səbəbdən həlak olduqda ailəsinə 20 min manat, bədən xəsarəti aldıqda isə 10 min manat birdəfəlik müavinət ödəniləcək.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin oktyabrın 6-da keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Mürtəza