Korrupsiyanın qarşısını almaq üçün məmurları həbsxanalarda gəzdirirlər

19.03.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanda korrupsiyanın qarşısını almaq üçün məmurları həbsxanalara ekskursiyaya aparırlar.

Lent.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat katibi açıqlamasında bildirib.

“Agentliyin ərazi şöbələri tərəfindən dövlət qulluqçuları və kvazi-dövlət sektorunun əməkdaşları üçün mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına ekskursiyalar keçirilir”, - xidmətin mətbuat katibi Daniyar Biqaydarov deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью