Korrupsiyaya görə saxlanılan sabiq baş həkim dünyasını dəyişdi

18.03.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov vəfat edib.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 69 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, C.Nəzərov dörd il öncə korrupsiyada ittiham olunaraq həbs edilmişdi. Prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etsə də, hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməmişdi.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью