“Körük” jurnalı yenidən nəşr olundu

06.06.2025

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Tbilisidə Gürcüstan Yazıçıları Birliyinin (GYB) Azərbaycan bölməsinin dərc etdirdiyi “Körük” adlı ədəbiyyat və sənət jurnalının uzun fasilədən sonra yenidən nəşrinə başlanılıb.

Kulis.az xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində yeni nəşrin təqdimatı olub.

Mərasimdə GYB-nin Azərbaycan bölməsinin rəhbəri, dərginin baş redaktoru Allahverdi Təkləli, türkiyəli şair Aytekin Karpaça, azərbaycanlı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sonda tədbir bədii hissə ilə davam edib, aşıq Nargilə Mehtiyeva ifalarını təqdim edib, müxtəlif şeir nümunələr söylənilib.

Pəncərə - Natiq Rəsulzadənin hekayəsi Qırx il uzaqdan tanıdığım Adam - Nəriman Əbdülrəhmanlı Dəniz Əsədova həbs edildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью