Kosmetik məhsul alanlara XƏBƏRDARLIQ

15.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kosmetik məhsul alarkən əsas diqqət onun tərkibinə və orijinallığına yetirilməlidir. Saxta məhsullardan təbii ki, qaçılmalıdır. Çünki onlar dəridə bərpası mümkün olmayan müəyyən fəsadlar törədə bilərlər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena Nəzarəti və Ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun "Instagram" hesabında keçirilən canlı yayım zamanı bildirdi.

O vurğuladı ki, satış nöqtələri də düzgün seçilməlidir:

"Yəni hər hansı bir məhsul alarkən onu rəsmi distribütorlardan, tanınmış mağazalar şəbəkəsindən, ixtisaslaşmış mağazalardan və ya brendin öz rəsmi saytından almaq lazımdır. Burada əsasən barkod nömrəsi yoxlanılmalıdır. Məhsulun istifadə müddətinə diqqət yetirilməlidir. Yəni məhsul açıldıqdan sonra ondan neçə ay istifadə etməyin mümkün olduğu və buraxılış tarixinin nə vaxt olduğu yoxlanılmalıdır.

Bundan başqa, məhsulun hansı dəri tipinə uyğun olduğu da nəzərə alınmalıdır. Yəni hər birimizin dəri tipi fərqli olduğuna görə quru dəri, yağlı dəri və ya qarışıq dəri üçün nəzərdə tutulmuş məhsul seçilməlidir. Əsasən tərkibində zərərli maddələrin olub-olmamasına daha çox diqqət yetirilməlidir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью