Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İrlandiyalı 34 yaşlı aktyor Barri Keoqan sosial şəbəkələrdə xarici görünüşünə görə məruz qaldığı tənqidlərdən sonra kosmetoloji prosedurlara müraciət edib.
Axşam.az xəbər verir ki, aktyor artıq ikinci dəfə əməliyyatsız dəri dartılması prosedurundan keçib. Onun sözlərinə görə, bu prosedurlar ona təkcə daha yaxşı görünməyə deyil, həm də özünü daha yaxşı hiss etməyə kömək edir. O, bu məqsədlə 3 500 dollardan çox pul xərcləyib.
Qeyd edək ki, Barri Keoqan daha əvvəl müsahibələrinin birində sosial şəbəkələrdə xarici görünüşünə görə məruz qaldığı təhqirlərin onu insanlardan uzaqlaşdırdığını açıqlamışdı. Aktyor bu təzyiqlər səbəbindən evdən çıxmaq istəmədiyini və ictimai tədbirlərdən qaçdığını bildirmişdi.
Aktyor “Saltburn”, “Dunkerk” və “İnişerinin banşiləri” filmləri ilə tanınır.