Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bütün plastik, estetik cərrahlar hüquq-mühafizə orqanları tərəfindən ciddi yoxlamadan keçəcəklər.
Bu yoxlamalardan məqbul cavab alan cərrahlara sənəd veriləcək, sənədi əldə edə bilməyən cərrahların isə fəaliyyətinə icazə verilməyəcək.Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva Metbuat.az-a açıqlamasında verilən qərarı şərh edib: "Artıq ölkəmizdə bütün plastik, estetik cərrahlar ciddi yoxlamadan keçəcəklər.
Ölkəmizdə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini 2025-ci il yanvarın 31-dək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Bu sənədlərdən istənilən biri təqdim edilmədikdə mütəxəssisin sertifikasiyası ləğv ediləcək və o, artıq praktiki tibb fəaliyyəti ilə məşğul ola bilməyəcək".
Millət vəkili bildirib ki, son illərdə plastik cərrahiyyə prosedurlarına cəmiyyətimizdə meyllər artığı üçün gəlir məqsədilə bəzi mütəxəssislər qeyri-qanuni yollarla ixtisas dəyişərək bu sahə ilə məşğul olmağa başlayıblar: "Sözsüz ki, bu sahə ilə məşğul olmaq üçün həkimin nəzəri və praktiki bilik və bacarıqlarının, təcrübəsinin olması vacibdir.
Təəssüf ki, bəzi hallarda həkimlərin lazımi qədər hazırlıqlı olmaması pasiyentlərin sağlamlığı bahasına başa gəlir.
Nəzərə almaq lazımdır ki, burada insan həyatından və sağlamlığından söhbət gedir.