Kosmonavt həyatının son dəqiqələrini qeydə aldı Ürək dağlayan VİDEO

06.09.2025

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Kosmosda dramatik anlar yaşanıb.

Qəzalı vəziyyətə düşən kosmik gəmidə olan kosmonavt Anderson həyatının son dəqiqələrini qeydə alaraq ailəsi ilə vidalaşıb.

Məlumata görə, gəmidə oksigen sürətlə tükənməkdədir və temperaturun enməsi səbəbindən Anderson donma təhlükəsi ilə üz-üzədir. Onun həyatda qalması üçün çox az vaxt qalıb.

Kosmik Mərkəz artıq vəziyyətdən xəbərdardır. Xilasetmə missiyası üçün hazırlıqlar görülür, lakin dünyanın hər hansı bir yardım göndərməsi üçün vaxt çox məhduddur.

Hadisə bütün dünyada böyük narahatlıq yaradıb. Sosial şəbəkələrdə kosmonavta dəstək mesajları paylaşılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью