“Kosmos 482” aparatı proqnoza uyğun şəkildə Yerə deyil, Hind okeanına düşüb | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskva, 10 may, AZƏRTAC 1972-ci ildə Veneraya buraxılan "Kosmos-482" planetlərarası stansiya Hind okeanına, Cakartanın qərb sahilinə düşüb.AZƏRTAC xəbər verir ki, bu barədə “Roskosmos” özünün “Telegram” kanalında məlumat yayıb.
Təxminən 500 kiloqram ağırlığında olan cihaz Moskva vaxtı ilə saat 9:34-də atmosferin sıx təbəqələrinə daxil olub.
“Kosmos-482”nin orbitdən enməsi yerə yaxın kosmosda təhlükəli vəziyyətlərə dair Avtomatlaşdırılmış Xəbərdarlıq Sistemi tərəfindən izlənilib.Mütəxəssislər bundan əvvəl xəbərdarlıq etmişdilər ki, gücləndirici qurğuda nasazlıq yarandığı üçün aparat Yerin yüksək elliptik orbitində qalıb və idarəolunmaz hala düşüb.
Onlar “Kosmos-482”nin orbitinin parametrlərinə əsasən onun Misir, Suriya, Türkiyə və ya Azərbaycanda düşə biləcəyini ehtimal edirdilər.
Fəridə AbdullayevaAZƏRTAC-ın xüsusi müxbiriMoskva Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu