Kosmos tarixində bir ilk: SpaceX in bu manevri hər kəsi heyrətə gətirdi VİDEO

15.11.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti kosmik gəmiqayırma tarixində daha bir mühüm mərhələyə imza atıb.

Redaktor.az xəbər verir ki, şirkətin "Starship Flight 15" sınaq uçuşu çərçivəsində orbital raketin yuxarı pilləsi kosmosdan qayıdaraq buraxılış qülləsi tərəfindən havada uğurla tutulub.

Tarixi manevr və uğurlu missiya

Noyabrın 13-də ABŞ-nin Texas ştatındakı "Starbase" kosmodromundan səmaya qalxan nəhəng raket sistemi 22 saatdan çox davam edən uçuşu noyabrın 14-də başa vurub. "Ship 42" adlanan yuxarı pillə Yer ətrafında 14 dövrə vurduqdan sonra atmosferə daxil olub və "Mechazilla" adlı buraxılış qülləsinin nəhəng mexaniki qolları tərəfindən dəqiqliklə tutulub. Bu hadisə raket texnologiyası tarixində yuxarı pillənin orbitdən qayıdaraq şaquli vəziyyətdə sağ-salamat yerə qaytarılması üzrə ilk uğurlu sınaq kimi qeydə alınıb.

Uçuş zamanı gəmi göyərtəsindəki 26 ədəd yeni nəsil "Starlink V3" internet peykini də uğurla orbitə yerləşdirib.

Birinci pillə okeana düşüb

Sınaq zamanı raketin birinci pilləsi olan "Super Heavy Booster 22" sürətləndiricisi də qülləyə qayıtmağa cəhd edib. Lakin sistemdə yaranan nasazlıq və yanacaq xəbərdarlığı səbəbindən eniş manevri ləğv olunub. Təhlükəsizlik protokollarına uyğun olaraq Meksika körfəzinə yönləndirilən sürətləndirici su səthinə eniş zamanı partlayıb.

Ay və Mars uçuşlarına açılan qapı

Mütəxəssislər hesab edirlər ki, bu nailiyyət kosmik uçuşların maya dəyərini kəskin şəkildə azaldacaq. İndiyədək yalnız birinci pillələri yerə endirə bilən "SpaceX", bu sınaqla sistemin hər iki pilləsinin tam və sürətli təkrar istifadəsi yolunda ən böyük texniki maneəni aradan qaldırıb.

Tam təkrar istifadə olunan "Starship" sistemi NASA-nın "Artemis" proqramı çərçivəsində astronavtların Aya endirilməsi və gələcəkdə Marsa insanlı missiyaların təşkili üçün əsas nəqliyyat vasitəsi kimi nəzərdə tutulub.

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью