Kosmosda “dərin” plan: Planetlərin kəşfinə çıxacaqlar

08.07.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çində fəaliyyətə başlayan Beynəlxalq Dərin Kosmos Araşdırmaları Birliyi (IDSEA), Ay və planetlərin kəşfi, asteroid müdafiəsi kimi sahələrə fokuslanacaq.


Sherg.az xəbər verir ki, Anhui əyalətinin Hefey şəhərində fəaliyyətə başlayan bu qurum, Çin Milli Kosmos İdarəsi (CNSA), Çin Astronotika Cəmiyyəti və Fransanın “Planetary Exploration, Horizon 2061” təşəbbüsü ilə birgə yaradılıb. Birliyin qurulmasına 31 beynəlxalq alim və 20 çinli akademik dəstək verib.

Çin Ay proqramının baş memarı Vu Veyrın IDSEA-nın sədri seçilib. O bildirib ki, bu birlik Çin kosmos proqramı ilə beynəlxalq əməkdaşlıq və qlobal inkişaf baxımından mühüm addımdır.


IDSEA-nın əsas məqsədləri bunlardır:

Ay və planetlərin araşdırılması

Asteroidlərin qarşısının alınması

Dərin kosmos sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi

Beynəlxalq standartların və qaydaların hazırlanmasında iştirak

Kosmosun sülh yolu ilə və davamlı istifadəsinə töhfə vermək

Vu Veyrın dünya alimlərini bu qlobal tədqiqatlara qatılmağa çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью