Kosmosda gülümsəyən üzün sirri nədir? FOTO

13.10.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“NASA”nın “Hubble” kosmik teleskopu gülümsəyən insan üzünü xatırladan qalaktika toplusunu görüntüləyib. “SDSS J1038+4849” adlanan bu quruluşun yaranması Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə izah olunur.

“Bakupost” xəbər verir ki, görüntüdə iki parlaq qalaktika gözləri, əyri işıq izləri isə gülümsəyən ağız formasını xatırladır.

Bu mənzərə qravitasiya linzalanması nəticəsində yaranıb. Kütləli qalaktika topluları fəza-zamanı əyərək arxalarında yerləşən obyektlərdən gələn işığı bükür. Nəticədə işıq əyri xətlər şəklində görünür.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью