Kosmosda ilk dəfə oksigen əldə edildi

21.01.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin idarə olunan "Şencou-19" ("Shenzhou-19") kosmik gəmisinin ekipajı Çin kosmik stansiyasında süni fotosintez təcrübələri uğurla həyata keçirib.

Milli.Az xəbər evrir ki, "South China Morning Post" nəşri bu təcrübələrin dünyada ilk dəfə reallaşdığını bildirib. Missiya çərçivəsində astronavtlar kosmosda oksigen və raket yanacağı üçün vacib komponentlər istehsal edən süni fotosintez texnologiyasını uğurla sınaqdan keçiriblər.

Bu nailiyyət gələcək uzunmüddətli kosmik missiyalar üçün mühüm addım hesab edilir.

Fidan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью