Kosmosda nəhəng “skripka açarı”

19.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA oktyabrın 19-da günün astronomik görüntüsü olaraq iki milyon işıq ilindən çox məsafəyə yayılan və skripka açarını xatırladan qeyri-adi kosmik strukturu təqdim edib.

NASA-nın məlumatına görə, “Treble Clef” adlandırılan bu radio mənbəyi qalaktika qruplarının yerləşdiyi bölgədə müşahidə olunur. Alimlər hesab edirlər ki, strukturun formalaşmasına qalaktikanın mərkəzindəki superkütləli qara dəliyin güclü fəaliyyəti və sonradan iki qalaktika qrupunun toqquşması səbəb olub.

Tədqiqatçılar ehtimal edirlər ki, qara dəlikdən yayılan yüklü hissəciklər əvvəlcə güclü radio şüalanması yaradıb. Zamanla zəifləyən bu şüalanma qalaktika qruplarının toqquşması nəticəsində yaranan zərbə dalğalarının təsiri ilə yenidən güclənib.

Qeyd edək ki, NASA-nın təqdim etdiyi kompozit görüntüdə radio şüalanması qırmızı, rentgen şüalanması isə mavi rənglə göstərilib. Bu müşahidələr kainatdakı qalaktika qruplarının qarşılıqlı təsirini və onların təkamülünü öyrənmək baxımından əhəmiyyətlidir.

Hazırladı:
S.Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью