Kosmosda qalan astronavtlar daha bir neçə ay da gözləməli olacaqlar

18.12.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NASA Beynəlxalq Kosmik Stansiyada qapalı qalan iki ABŞ astronavtının geri qayıtmasının ən tez 2025-ci ilin martına təxirə salındığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, astronavtlar 9 aya yaxındır ki, kosmosdadırlar.

NASA aylardır Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan iki ABŞ astronavtının Yerə dönüşünün ən tez 2025-ci ilin mart ayına qədər təxirə salındığını açıqlayıb. Bu gecikmə o deməkdir ki, astronavtlar təyin olunmuş tarixə qədər Yerə qayıda bilməyəcəklər. Buç Vilmore və Suni Uillyams iyun ayında BKS-ə çatıblar. Plana görə, astronavtlar stansiyada 8 gün qalacaqdılar. Lakin "Boeing"in Starliner hərəkət sistemindəki problemlərə görə NASA geri dönüş planlarını tamamilə dəyişməli oldu.

NASA-dan verilən son məlumata görə,  təxminən 9 aydır kosmosda olan astronavtların ən tez 2025-ci ilin martında geri qayıda biləcəklər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью