Kosmosda qalan astronavtlardan biri 7 aydan sonra kosmos gəzintisinə çıxıb

17.01.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmosda qapalı qalan iki astronavtından biri olan Suni Uilyams Beynəlxalq Kosmik Stansiyada (BKS) 7 ay qaldıqdan sonra ilk kosmos yürüşünü həyata keçirib.

Bizimyol.info xəbər verir ki, NASA TV-nin BKS-dən əldə etdiyi görüntülərdə 7 aydır stansiyada ilişib qalan Buç Vilmore və Uilliamsın kosmosa çıxdığı anlar əks olunub.

BKS Türkmənistandan 260 mil (420 km) yüksəklikdə seyr edərkən baş verən kosmosda qadın astronavt Uilyams radio ilə: “Mən bayıra çıxıram”, - deyə səsləndiyi eşidilib.

Bazar ertəsi NASA, problemin aradan qaldırıldığını bildirərək, astronavt kostyumunun soyuducu dövrəsindən hava kilidinə su sızmasından sonra BKS-in kosmosda gəzintiləri dayandırılıb.

Uilliams və Vilmore 5 iyun 2024-cü ildə "Boeing"in yeni "Starliner" kapsulunda bir həftəlik sınaq uçuşu üçün BKS-yə göndərildi.

Lakin "Starliner"də yaranan texniki problem səbəbindən iki astronavtın geri qayıtma tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.

Missiyanı öz üzərinə götürən "SpaceX" ehtiyat kapsulun buraxılış tarixini təxirə saldığı üçün iki astronavt martın sonu və ya aprelin əvvəlinə kimi Yerə qayıda bilməyəcək. Onların kosmik stansiyada qalmalarının təxminən 10 ay olacağı güman edilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью