Kosmosda qapalı qalan astronavt səyahətə çıxdı

18.01.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmosda qapalı qalan iki astronavtından biri olan Suni Uilyams Beynəlxalq Kosmik Stansiyada (BKS) 7 ay qaldıqdan sonra ilk kosmos yürüşünü həyata keçirib.

“Cebheinfo.az” xəbər verir ki, Uilyams astronavt Butch Uilmore ilə səkkiz günlük kosmosa gedib və maşında problem yarandığına görə geri qayıda bilməyiblər.

NASA, Uilyamsın karyerasında səkkizinci olan kosmos səyahətinin altı saat davam etdiyini və missiyasını uğurla başa vurduğunu açıqlayıb. 

Uilyams yanvarın 23-də Uilmore ilə daha bir kosmosa çıxacaq. 

Bu gəzinti zamanı astronavtlar təmir və yoxlama kimi vəzifələri yerinə yetirəcəklər. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью