Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR

18.09.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NASA astronavtı Cessika Meir Beynəlxalq Kosmik Stansiyada saçlarını necə yuduğunu və buruq saçlarına necə qulluq etdiyini göstərib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mikroqravitasiya şəraitində su aşağı axmadığı üçün orbitdə adi duş qəbul etmək mümkün deyil. Sərbəst su damcıları avadanlıqlar üçün də təhlükə yarada bilər. Meir məşqdən sonra saçlarına az miqdarda su vurur, daha sonra yaxalanması tələb olunmayan xüsusi şampundan istifadə edir.

Şampunu saç və baş dərisinə çəkdikdən sonra saçlarını dəsmalla deyil, bu məqsədlə ayırdığı köynəklə qurulayır. Astronavt bildirib ki, kosmosda buruq saçları Yer üzündəkindən daha həcmli və sıx görünür. Buna səbəb cazibə qüvvəsinin saçları aşağı çəkməməsidir. Hətta məşq zamanı saçlarını yığmağa ehtiyac qalmır.

Bununla yanaşı, saçların stansiyadakı yapışqan səthlərə və müxtəlif avadanlıqlara ilişməsi də problem yarada bilir. Meir saçlarını yuduqdan sonra az miqdarda kondisioner istifadə edir. Darağa isə ehtiyac duymur və buruqlarını barmaqları ilə formaya salır. Beynəlxalq Kosmik Stansiyada adi duş kabinəsi yoxdur.

Astronavtlar gigiyena üçün yaxalanmayan vasitələrdən və nəm dəsmallardan istifadə edirlər. Su isə kosmosda qiymətli resurs olduğundan mümkün qədər təmizlənərək yenidən istifadəyə verilir. Cessika Meir kosmosdakı saçlarının daha həcmli görünməsindən razı olsa da, Yerə qayıdıb axar su altında adi duş qəbul etməyi səbirsizliklə gözlədiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью