Kosmosda sağ qalmaq üçün mübarizə

24.01.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Kosmosda sağ qalmaq üçün mübarizə


Beynəlxalq Kosmik Stansiyada qapalı qalan astronavtlardan biri Suni Uilyams 7 aylıq gözləmədən sonra kosmosda gəzinti həyata keçirib. İki astronavtın geri qayıtması məsələsi NASA tərəfindən onları Boeing-in nasaz kapsulunda Yerə qaytarmağın çox riskli olduğuna qərar verdikdən sonra aylarla təxirə salınıb.
İyun ayından bəri kosmosda yaşayan astronavtların uzun müddət orada qalması onların radiasiyaya məruz qalma riskini də artırıb. Bu vəziyyətin xərçəngə və digər sağlamlıq problemlərinə səbəb ola biləcəyi qeyd edilib.
Bu çətin gözləmə təkcə texniki nasazlıqları yox, həm də astronavtların dözümlülüyü və problem həll etmə qabiliyyətlərini sınaqdan keçirən bir proses kimi tarixə düşəcək.

Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью