Kosmosda səs verdilər Video

04.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

ABŞ-də Konqresə keçirilən aralıq seçkilər zamanı Beynəlxalq Kosmik Stansiyada (BKS) olan NASA astronavtları da səs veriblər.

“Qafqazinfo” xəbər verir ki, astronavtlar Anil Menon, Cessika Uotkins və Lyuk Delansi öz seçki bülletenlərini kosmosdan müvafiq dairələrinə elektron formada göndəriblər.

Astronavt Anil Menonun paylaşdığı videoda stansiyadakı şəxsi yataq bölməsinin səsvermə kabinəsi kimi istifadə olunduğu görünür. Kompüter vasitəsilə doldurulan bülletenlər NASA-nın Conson Kosmik Mərkəzi və Missiya Nəzarət Mərkəzinin yerləşdiyi Texas ştatının Harris dairəsinə ötürülüb.

ABŞ qanunvericiliyinə əsasən, kosmonavtlar və astronavtlar 1997-ci ildən bəri kosmik fəzada olduqları zaman da seçkilərdə səs vermək hüququna malikdirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью