Kosmosda silahımız var ABŞ ilk dəfə etiraf etdi

16.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bu barədə hərbi hava qüvvələri naziri Troy Meynk bildirib. O deyib ki, bu sistemlər kosmosa nəzarət etmək və Amerika qüvvələrini potensial düşmən hərəkətlərindən qorumaq üçün nəzərdə tutulub.

"Harada görünməsindən asılı olmayaraq, inkişaf edən təhdidlərə hazırlığı təmin etməyə davam edirik. Buna görə də ABŞ artıq kosmosa nəzarət etmək üçün orbitdə silah yerləşdirib və bu, silahlı qüvvələrimizi düşmən hərəkətlərindən qoruya bilər", - deyə Meynk ABŞ hava və kosmik qüvvələrin fəaliyyətinə həsr olunmuş konfransda bildirib.

Bildirilir ki, bu, Amerika rəsmisinin ABŞ-nin orbitdə birbaşa yerləşdirilən silahı olduğunu açıq şəkildə təsdiqləməsinin ilk halıdır. Eyni zamanda, nazir hansı silahdan danışdığını açıqlamaqdan imtina edib.

ABŞ dəfələrlə Rusiyanı kosmosda digər peyklərə təhlükə yarada biləcək sistemlər yerləşdirməkdə ittiham edib. 2024-cü ildə Vaşinqton Rusiyanın digər kosmik gəmilərə hücum edə biləcək bir peyk orbitə buraxdığını açıqlayıb. Həmin vaxt Amerika hökuməti Rusiyanın kosmosa nüvə silahlı bir peyk göndərə biləcəyi barədə xəbərdarlıq edib. Moskva bu açıqlamaları "hiylə" adlandırıb. Eyni zamanda, Rusiya BMT Təhlükəsizlik Şurasında kosmosda nüvə silahlarının yerləşdirilməsini qadağan edən qətnamənin qəbul edilməsinə mane olub.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью