Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ astronavtları açıq kosmosa çıxaraq təmir işləri aparacaqlar.
Redaktor.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bildirilir ki, Beynəlxalq Kosmik Stansiyanda (MKS) olan amerikalı astronavtlar stansiyanın xarici hissəsində quraşdırma və texniki işlər həyata keçirmək üçün açıq kosmosa çıxacaqlar.
Məlumata görə, Kristofer Uilyams və Cessika Meir enerji kanalı 2A-nı hazırlayacaq və yeni nəsil iROSA günəş panellərinin quraşdırılması üçün kabellər çəkəcəklər. Bu panellər stansiyanın enerji təminatını artıracaq.
Astronavtların Quest modulundan çıxışı martın 18-də ABŞ-ın şərq vaxtı ilə saat 08:00-da (Moskva vaxtı ilə 16:00) başlayacaq və təxminən 6,5 saat davam edəcək. Bu, MKS-in yığılması, xidməti və modernləşdirilməsi çərçivəsində həyata keçirilən 278-ci açıq kosmos çıxışı olacaq.
Hazırda stansiyada yeddi nəfərdən ibarət beynəlxalq ekipaj fəaliyyət göstərir. Onların arasında “Roskosmos”un kosmonavtları, NASA-nın astronavtları və Avropa Kosmik Agentliyinin nümayəndəsi də var.
Nuriyyə NATİQQIZI