Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Rəsmi adı “NGC 2392” Şir Dumanlığı olan kosmik obyektin mərkəzində ölməkdə olan ulduz yerləşir. Hazırda həmin ulduzun ancaq nüvəsi qalır. Ağ rəngli qaynar nüvə ulduzun gələcəkdə ağ cırtdana çevriləcəyindən xəbər verir.
Ulduzdan kənara saçılan qaz və toz ətrafda qəribə struktur formalaşdırıb. Elə bu səbəbdən də dumanlıq nəhəng beyinə bənzəyir.
Amma bu mənzərə müvəqqətidir: astronomların fikrincə, təxminən 10 min ildən sonra qaz-toz buludu tamamilə sovrulacaq və dumanlıq yoxa çıxacaq.
Samir