Kosmosdan Milad sürprizi: NASA kosmik yeni il ağacının görüntüsünü təqdim etdi

27.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad ağacına bənzəyən və "kosmik şam" adlanan ulduz topasının yeni fotosu yayılıb.

Oxu.Az-ın verdiyi məlumata görə, kadrları ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) təqdim edib.

Bildirilir ki, "kosmik şamda"kı ulduzların yaşı 1-5 milyon il arasındadır. Bu fakt onların yaşı təxminən 5 milyard il olan Günəşlə müqayisədə xeyli gənc olduğunu göstərir.

Qeyd edilir ki, Yerdən 2,5 min işıq ili məsafədə yerləşən "Milad ağacı"nın təsvirinin yaradılması üçün NASA-nın Alabamadakı rəsədxanasının məlumatlarından və Arizonadakı astrofotoqrafın teleskopundan alınan optik şəkillərdən istifadə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью