Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq. Astronomlar Yer kürəsindən 500 milyon işıq ili uzaqlıqdakı cırtdan qalaktikada çox sü
İndiyədək bu fenomenin mənşəyi sirr olaraq qalırdı, amma artıq elm adamları bunun nə olduğu barədə təxminlərə sahibdirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Astrophysical Journal” dərc olunan elmi məqalədə deyilir.
Son araşdırmaya görə, belə bir partlayış orta kütləli qara dəlik yaxınlıqdakı ulduzu udduğu zaman baş verə bilər.
CSS161010 adlı partlayışın cəmi 4 gündə yüksək parlaqlıq həddinə çatdığı, ardınca 2.5 gündə əhəmiyyətli dərəcədə zəiflədiyi deyilir.
Bu günə qədər astronomlar cəmi 12 belə sirli kosmik partlayış qeydə alıblar.
CSS161010-dan alınan yeni məlumatlar elm adamlarını təəccübləndirib, çünki digər oxşar hadisələrdə oxşar xüsusiyyətlər müşahidə etməmişdilər.
Əvvəlcə onun fövqəlnova ola biləcəyi güman edilirdi, amma ətraflı təhlil alimləri bu nəzəriyyəni rədd etməyə məcbur edib.