Kosmosun mənimsənilməsi dinc xarakter daşımalıdır BMT

08.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatı kosmosun mənimsənilməsinin yalnız dinc məqsədlər çərçivəsində həyata keçirilməli olduğuna inanır.

Redaktor.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərini TASS yayıb.

Düjarrikdən ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-a məxsus olması ilə bağlı açıqlamasını şərh etməsi istənilib.

“Biz kosmosun dinc şəkildə mənimsənilməsinə inanırıq”, – BMT rəsmisi cavabında deyib.

Qeyd edək ki, sentyabrın 6-da Donald Tramp Ayın fotosunu paylaşaraq üzərinə “Ay bizimdir” ifadəsini yazıb.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Trampın bu paylaşımını şərh edərkən bildirib ki, ABŞ lideri yaxın vaxtlarda amerikalı astronavtların Aya ayaq basacağına ümid etdiyini nəzərdə tutmuş ola bilər.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью