Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kosovoda parlament buraxılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 9-da keçirilən seçkilərdən sonra başlayan hökumətin qurulması prosesində yaranan durğunluq ölkəni növbədənkənar parlament seçkisinə gətirib çıxarıb. Qalib partiya olan Öz müqəddəratını təyinetmə hərəkatının (Vetvendosje/LVV) ikinci Baş nazir namizədi Glauk Konjufca tərəfindən dünən parlamentə təqdim edilən kabinet etimad səsverməsində lazımi dəstəyi ala bilməyib. 120 yerlik parlamentdə 56 deputat “hə”, 53 deputat “yox” deyib, 4 deputat isə birtərəf qalıb.
Konjufcanın rəhbərlik etdiyi hökumət lazımi 61 səsi toplaya bilməyib, nəticədə etimad səsverməsi təmin olunmayıb. Kosovo prezidenti Vjosa Osmani siyasi partiya nümayəndələri ilə görüşlərdən sonra parlamentin buraxıldığını rəsmən elan edib. Osmani, parlamentin ikinci baş nazirliyə namizədin hökumət qura bilmədiyini rəsmən təsdiqlədikdən sonra bu addımı Konstitusiyanın tələbi kimi atdığını bildirib. Parlamentin buraxılması Kosovoda erkən seçkilərə səbəb olub. Prezident Osmaninin növbədənkənar seçkilərin tarixini yaxın günlərdə açıqlaması gözlənilir.
Konstitusiyaya görə, baş nazirliyə namizədlər ardıcıl olaraq iki dəfə hökumət qura bilməsələr, prezident 40 gün ərzində Məclisi buraxmalı və seçki tarixini elan etməlidir. Kosovonun tarixində ilk dəfədir ki, iki baş nazirliyə namizəd ardıcıl olaraq hökumət qura bilmir.
İbrahim Cəfərov