Koşta ABŞ ın Avropanın işlərinə müdaxiləsinə qarşı çıxıb

08.12.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.


Avropa İttifaqı blokun işlərinə müdaxiləni qəbul edə bilməz.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ABŞ-ın milli təhlükəsizlik strategiyası ilə bağlı yayımladığı sənəd barədə fikir bildirərəkən deyib.


“Avropa siyasətinə müdaxiləni qəbul edə bilmərik. ABŞ kimin yaxşı və kimin pis olduğuna qərar vermək məsələsində avropalıları əvəz edə bilməz. ABŞ Avropanın ifadə azadlığı vizyonunu Avropanın əvəzinə təyin edə bilməz”, - Koşta vurğulayıb.


O əlavə edib ki, Rusiyanın Vaşinqtonun milli təhlüksəziliklə bağlı yeni strategiyanı müsbət qarşılaması narahatedici əlamətdir.

Qeyd edək ki, Ağ Ev tərəfindən nəşr olunan ABŞ-ın milli təhlükəsizliklə bağlı strategiyası sənədində Vaşinqtonun Qərb Tarımkürəsində hakim qüvvə olmasının zərurəti və “Avropa daxilində müqavimətin formalaşdırılması”-nın əhəmiyyəti bəyan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью